Paytaxtın Suraxanı rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini R.Məmmədovda 4 kiloqram 357 qram marixuana aşkar edilib. Onun, həmçinin oğurluq etdiyi də məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.