Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində kişi intihara cəhd edib. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az “Report”a istinadən xəbər verir.
30 yaşlı Valeh Cahangirov yaşadığı mənzildə öz başından çəkiclə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.