Paytaxtın Suraxanı rayonunda 2 ay ərzində 60 narkotacir tutulub. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cari ilin mart-aprel aylarında 60 nəfər narkotik alverçisi, 2 nəfər silah gəzdirən şəxs tutulublar. Ümumilikdə 10 kiloqramdan artıq heroin, marixuana və metamfetamin dövriyyədən çıxarılıb. Narkotacirlər narkotikləri İran vətəndaşından alıb, paytaxt ərazisində satmaq niyyətində idilər.