Bakının Suraxanı rayonunda asfaltlanma işləri davam edir. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Aparılan abadlıq-quruculuq işləri çərçivəsində Əmircan qəsəbəsi, Tahir Bağırov və Xanoğlan Bayramov küçələrində yeni asfalt örtüyü vurulur. Təmir işləri 6120 kv.m ərazini əhatə edir.
Həmçinin rayonun digər təmirə ehtiyacı olan küçələr və məhəllədaxili yollarda da asfaltlanma işləri mərhələli şəkildə aparılır.
[caption id="attachment_129271" align="alignnone" width="640"]
Foto Qafqazinfo[/caption]