Bakıda avtomobil qaçıran şəxs yaxalanıb. Bu haqda 1 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisindən Bakı şəhər sakini S.Hüseynova məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Eldəniz Balakişiyev avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.