Suraxanı rayonunda 2 bacı yol qəzasına düşüb. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə 2 avtomobil toqquşub. Nəticədə 12 yaşlı Aytən və 9 yaşlı Aylin Beydullayevalar müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.