Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində azyaşlı uşağı avtomobil vurub. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
6 yaşlı M.A. avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə uşaq müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.