Bakıda bir nəfərdə 10 kiloqram narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub.
Saxlanılan şəxsin üzərində və qəsəbə ərazisində yaşadığı evdə 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.