Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində Pakistan vətəndaşının meyiti aşkar olunub. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Araşdırmalar zamanı ölən şəxsin Pakistan vətəndaşı 51 yaşlı Navid Axtar Sadiq Ali oğlu olduğu müəyyən edilib. Kişinin ölüm səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.