Bakıda 2 avqust səhər saatlarında yanğın baş verib. Bu haqda Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Suraxanı rayonunda ümumi sahəsi 4 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində 1 ədəd kombi aparatı yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Nəticədə bitişik ev yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.