Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma adıçəkilən rayonun ərazisində yerləşən fərdi evlərin birində qeydə alınıb. Tikilinin hasarına quraşdırılan elektrik lövhəsində 8 ədəd elektrik sayğacı və giriş-çıxış kabeli yanıb.
Elektrik lövhəsinin qalan hissəsi yanğından mühafizə olunub. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.