Bakının Suraxanı rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Mercedes” markalı avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.