Suraxanı rayonunda Bakı sakini döyülüb. Bu haqda 4 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əmircan qəsəbəsində iyunun 3-ü iki nəfər Bakı şəhər sakini V.Mehdiyevi döyərək 540 manat pulunu əlindən alıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və əvvəllər məhkum olunmuş K.Talıbov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.