Paytaxtın Suraxanı rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Mehriban Qasımova Zığ-Hövsan avtomobil yolunda hərəkətdə olan zaman Məhərrəm Ağayev “Toyota Camry” markalı avtomobillə onu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işinə başlanılıb.