Paytaxtın Suraxanı rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Ford” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.