Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Mehmandarov küçəsində qeydə alınıb. Avtomobil yolu keçən 76 yaşlı Mariya Rüstəmovanı vurub. Piyada aldığı xəsarətlərdən qəza yerində keçinib.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.