Bakının Suraxanı rayonunda yerləşən tövlədə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 20 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə və içərisinə yığılan 400 kiloqram ot bağlaması yanıb.
Tövlədə olan 3 baş iribuynuzlu və 5 baş xırdabuynuzlu heyvan təhlükəsiz əraziyə keçirilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.