Bakının Xəzər rayonunda saxta əsginaslarla ödəniş edənlər saxlanılıblar. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, Türkan qəsəbəsində yerləşən marketlərin birində alış-veriş müqabilində satıcıya 3 ədəd 20 manatlıq saxta əsginas verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2 qadın saxlanılıb.
Hazırda araşdırmalar aparılır.