Xəzər rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Türkan qəsəbəsində baş verib. Əli İsayev qəsəbədə yerləşən evlərin birindən 2000 AZN dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.