Bakının Xəzər rayonu, Türkan qəsəbəsindəki çimərlikdən avqustun 2-də gecə saatlarında “Ford” markalı avtomobil qaçırılıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ilə bağlı müraciət Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə daxil olub. Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Məmmədov Maştağa qəsəbəsi ərazisində avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.