Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Abbasqulu Ağa Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili “Volkswagen”lə toqquşub. Zərbənin gücündən “Volkswagen” aşıb, avtomobilin sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri cəlb olunublar. Qəzanın təfərrüatları araşdırılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/bakuplus-logo-fhd_1.mp4"][/video]