Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki “Taxta bazarı”nda baş vermiş yanğın nəticəsində ərazidə olan elektrik xətlərinə ziyan dəyib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Elektrik xətlərində yaranmış problemlərə görə yaxınlıqdakı Poladəritmə zavoduna elektrik enerjisinin verilməsi dayanıb.
Ərazidə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.