Paytaxtın Yasamal rayonu, Tbilisi prospektində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Grand Hayat” yaşayış kompleksinin qarşısında "Toyota", "Saipa" və "BMW" markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrindən biri yolun kənarındakı bordürə qalxıb.
Təfərrüatlar araşdırılır.
[URIS id=91415]