Bakının Yasamal rayonu, Tbilisi prospektinin “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Sıxlığa səbəb yolda nasaz nəqliyyat vasitəsinin qalmasıdır.
Problemi aradan qaldırmaq üçün əraziyə yol polisi cəlb olunub.