Səbail rayonunda tanınmış tiktoker qəzaya düşüb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Zərifə Əliyeva küçəsində baş verib. “Kia” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanan eyni markalı avtomobilə çarpılıb. Nəticədə sonuncuda olan Cəmilə Əliyeva və Ləman Ələkbərova ağır bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_133780" align="alignnone" width="640"]
Foto APA.az[/caption]