Paytaxtın mərkəzi küçəsində işıq dirəyi aşıb. Bu haqda 18 yanvar tarixində Oxu.az xəbər verib.
Səbail rayonu, Nizami küçəsində işıq dirəklərindən biri qırılaraq aşıb. Həmin dirək “Torqovaya”nın ortasına düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin dirəyin qopması nəticəsində elektrik naqilləri açıq formada qalıb. Bu isə təhlükə mənbəyinə çevrilib.