Bakının Səbail rayonu, Xaqani küçəsində yerləşən restoranda yanğın başlayıb. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. “Prive Steak Gallery Baku” adlı restoranda baş vermiş yanğının söndürülməsi ilə bağlı işlər aparılır.
Restoran S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrın qarşısında yerləşir.
View this post on Instagram