Bakının Xətai rayonunda yerləşən Ukrayna dairəsində yol qəzası baş verib. Bu haqda bu gün, 25 aprel tarixində Avtosfer.az məlumat verib.
Dairə ilə hərəkət edən motosikletçi dairəni tərk edərək “Toyota Prius”la toqquşub. Qəza "Prius"un sürücüsünün yolayrıcını keçmə qaydasını pozması səbəbindən baş verib.
Motosikletçi yüngül xəsarətlər alıb.