Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində motosikletçi qəzaya düşüb. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə “Ukrayna” dairəsində baş verib. “Audi” markalı avtomobil dairəyə digər nəqliyyat vasitələrini gözləmədən daxil olub. Bu zaman dairədə olan motosiklet maşına çarpılıb. Nəticədə ikitəkərlinin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.