Paytaxtın Nərimanov rayonu, metropolitenin “Ulduz” stansiyası yaxınlığında yanğın baş verib. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
İlkin məlumata əsasən, təqribən 50 kv.m sahədə məişət tullantıları və mazut qalıqları yanır. Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.