Xəzər rayonunda dənizdə batan 2 nəfər xilas edilib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Şüvəlan qəsəbəsində baş verib. 2 nəfər çimərlik ərazisində qəfil batmağa başlayıb. Hadisə yerinə gələn FHN-in əməkdaşları həmin şəxsləri xilas etməyi bacarıblar.