Bakının Xəzər rayonunda 3 gənc qəzaya uğrayıb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 19 yaşlı Ramil Şükürov, 18 yaşlı Əliabbas Hüseynzadə və onunla eyni yaşda olan Naib Əlizadə xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.