Xəzər rayonunun Şüvəlan qəsəbəsində dənizin çirklənməsi məlum olub. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 m-lik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib. Bununla bağlı dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb.
Hazırda araşdırmalar davam edir.