Nəsimi rayonunda vətəndaşları işə düzəltmək adı ilə aldadan dələduz saxlanılıb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
61 yaşlı Hicran Şeyxov bir neçə şəxsə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verib və onların külli miqdarda pullarını ələ keçirib.
Onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.