Xəzər rayonu Şüvəlan qəsəbəsində yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb. Bu baradə APA bu gün, 23 oktyabr tarixində məlumat yayıb.
Hadisə oktyabrın 16-da baş verib. Qəsəbədə velosiped sürən Qala sakini S.Behbutovu vuraraq “Mini Cooper” avtomobilini idarə edən sürücü qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.