Bakıda həkim intihara cəhd edib. Bu haqda 19 oktyabr tarixində avtosfer.az xəbər verib.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda işləyən həkim laborant Aynur Əsədli özünü qayçı ilə doğrayaraq intihara cəhd edib. Lakin iş yoldaşları ona maneə olublar.
Əsədlinin bu intihara vadar etməsi, şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini məlum olub.
Daha öncə, xəstəxananın direktoru Həqiqət Qədirova Aynur Əsədlini məhkəməyə verib. Səbəb isə, Əsədlinin institutdakı problemlərlə bağlı Dövlət Başçısına məktubla müraciət etməsi olub.
Məhkəmə prosesi oktyabr ayının 21-də baş tutacaq.