Paytaxtın Xətai rayonunda FHN-in əməkdaşları yataq xəstəsinə köməklik ediblər. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN əməkdaşları həkim briqadasının müraciəti əsasında cəlb olunublar. 70 yaşlı kişi 6-ci mərtəbədən düşürülüb və təcili tibbi yardım avtomobilinə mindirilərək, həkimlərinə təhvil verilib.