Xətai rayonunda azyaşlı uşaq liftdə qalıb. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Gəncə prospektində baş verib. 8 yaşlı Y.Əliyev doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Azyaşlı xilas olunaraq yaxınlarına təhvil verilib.