Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Məmmədəli Qasımovla Fuad Rzayevin aralarında mübahisə yaranıb. Nəticədə M.Qasımov sonuncuya bıçaqla vuraraq, ağır xəsarət yetirib.
Faktla bağlı cinayət işi açılıb. M.Qasımov şübhəli şəxs qismində tutulub.