Bakının Xətai rayonunda yeniyetmə qızın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
12 yaşlı Zərifə Abdulzadə avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.