Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 13 yaşlı E.S. Əliyev xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.