Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Tikilinin 15-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan mənzildə məişət avadanlıqları yanıb. Evin digər hissələrinə ziyan dəyməyib. 10 nəfər bina sakini təxliyə edilib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.