Bakının Xətai rayonunda yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
F.Vəliyeva Xətai RPİ-nin 34-cü polis şöbəsinə bildirib ki, nəvəsi itkin düşüb. Verilən məlumata görə, 15 yaşlı Z.Sultanova martın 25-də saat 14:00 radələrində M.Hadi küçəsində yerləşən evlərindən çıxıb və bir daha geri qayıtmayıb.
Hazırda qızın axtarışları aparılır.