Bakının Xətai rayonunda vətəndaşda narkotik aşkarlanıb. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vəli Əmirov saxlanılıb.
Baxış zamanı ondan 1,924 kq artıq çəkidə marixuana və 108 qrama yaxın heroin aşkar olunaraq götürülüb.