Bakının Xətai rayonunda zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində qeydə alınıb. Qəza zamanı “Opel”, “Changan” və “BMW” markalı minik avtomobilləri toqquşub.
Hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.