Bakıda dava bir nəfərin bıçaqlanması ilə nəticələnib. Bu haqda 20 iyun tarixində APA məlumat verib.
Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında
40 yaşlı Tahir Məmmədov tanıdığı şəxslə əlbəyaxa dava edərkən bıçaqlanıb. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.