Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hadisə ötən gün 3-cü Əhmədli küçəsi, ev 30 ünvanında baş verib. 41 yaşlı Gülnarə Məmmədova yaşadığı fərdi evin eyvanında mələfə vasitəsilə özünü asıb.
Faktla bağlı cinayət işi açılıb, Xətai Rayon Prokurorluğu araşdırma aparır.