Bakının Xətai rayonunda qadın iki övladı ilə birlikdə itkin düşüb. Bu haqda bu gün, 27 avqust tarixində Report məlumat verib.
Verilən məlumata görə, 34 yaşlı Aytən Ələkbərova övladları - 13 yaşlı Ayan Ələkbərova və 8 yaşlı Məhəmmədəli Ələkbərzadə ilə birlikdə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət daxil olub. Hadisə araşdırılır.