Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə dekabrın 23-də qeydə alınıb. İşıqforun qırmızı rənginə məhəl qoymayan “Opel” markalı avtomobilin sürücüsü yolu keçən velosipedçini vurub. Zərbənin gücündən velosipedçi bir neçə metr qarşıya atılıb.
Faktla bağlı araşdırma aparılır.