Bakının Xətai rayonunda avtomobil qarət edilib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, dekabrın 12-nə keçən gecə rayon ərazisində “Kia” markalı avtomobildən 800 manat pul oğurlanıb.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şirinov saxlanılıb.
Faktla bağlı araşdıma aparılır.